Dominikan sahillərində qayıq qəzaya uğrayıb, ölənlər var

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Dominikan Respublikasının şərq sahillərində qayıq aşıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri feysbuk səhifəsində məlumat yayıb.

Qəza nəticəsində azı 8 nəfər həlak olub, təxminən 23 nəfər xilas edilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd olunur ki, qayıqda olan sərnişinlər Puerto-Riko ərazisinə qanunsuz keçməyə cəhd ediblər.

İlkin məlumata görə, insidentə əlverişsiz hava şəraiti səbəb olub.





Mənbə: https://report.az/diger-olkeler/dominikan-sahillerinde-qayiq-qezaya-ugrayib-olenler-var/

Comments are closed, but trackbacks and pingbacks are open.