Dopinqə görə diskvalifikasiya olunan qapıçının cəzası azaldıldı

Dopinqə görə diskvalifikasiya olunan qapıçının cəzası azaldıldı



Dopinqə gorə diskvalifikasiya olunan qapicinin cəzasi azaldildi

İdman Arbitraj Məhkəməsi (CAS) Niderlandın “Ayaks” klubunun qapıçı Andre Onana ilə bağlı apelyasiya şikayətini qismən təmin edib.

“Report” CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, dopinqə görə 1 illik diskvalifikasiya olunmuş kamerunlu qolkiperin cəza müddəti 9 aya endirilib.

Daha əvvəl Amsterdam təmsilçisi 25 yaşlı oyunçunun müqaviləsini 2024-cü ilin iyulunadək uzatmışdı.

Qeyd edək ki, fevralın 5-də Andre Onananın qanında qadağan olunmuş furosemid maddəsi aşkarlanıb.





Mənbə: https://report.az/futbol-xeberleri/dopinqe-gore-diskvalifikasiya-olunan-qapicinin-cezasi-azaldildi/

Comments are closed, but trackbacks and pingbacks are open.