Dövlət başçısı: “Bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi”

Dövlət başçısı: "Bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi"



Dovlət bascisi Butun dunya Ikinci Qarabag muharibəsinin nəticələrini qəbul etdi

“Bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində bildirib.

Dövlət başçısı deyib:

“İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatdır. Bu il də bu dəstəyi biz hiss etmişik, müharibədən sonra müharibənin nəticələrinin qəbul etdirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirirəm.

Eyni zamanda, dekabr ayında NATO və Avropa İttifaqına mənim uğurlu səfərlərim olub. NATO öz zirvə görüşlərində daim Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etmişdir. Doqquz zirvə görüşündə bu qətnamələr qəbul edilmişdir. Bu dəfə də bu dəstək ifadə olundu. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünün yekununda qəbul edilmiş yekun sənəddə ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənir.

Yəni, bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Hesab edirəm ki, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Bunun çox böyük əhəmiyyəti var. Çünki İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı əsassız ittihamlar səsləndirilirdi. Bu əsassız ittihamların heç birinin real təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi. Ona görə, müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər”.





Mənbə: https://report.az/qarabag/dovlet-bascisi-butun-dunya-ikinci-qarabag-muharibesinin-neticelerini-qebul-etdi/

Comments are closed, but trackbacks and pingbacks are open.