DSX həqiqi hərbi xidmətə və işə qəbul elan edib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə və işə qəbul elan edib.

“Report” xəbər verir ki, DSX-da hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq  istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

  • Həkim-terapevt;
  • Həkim-ümumi cərrah;
  • Həkim-uroloq;
  • Cərrah-uroloq;
  • Həkim travmatoloq-ortoped;
  • Anestezioloq-reanimatoloq;
  • Həkim radioloq;
  • Həkim-infeksionist;
  • Həkim-nevropatoloq;
  • Həkim-psixiatr;
  • Həkim mama-ginekoloq;
  • Cərrah mama-ginekoloq;
  • Həkim neyro cərrah;
  • Üst çənə cərrahı;
  • Həkim-kardioloq; 
  • Həkim-sanepidemioloq;
  • Həkim-dermatoloq;
  • Həkim-otolarinqoloq;
  • Təcili yardım həkimi;
  • Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;
  • Feldşer.

Namizədlər aşağıdakı  tələblərə cavab verməlidirlər:

  • Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;
  • Fiziki cəhətdən sağlam olmalı;
  • Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.          

Əlavə məlumat üçün:          

Ünvan:  Bakı şəhəri, Z.Əliyeva küçəsi 30.

Əlaqə nömrəsi:  (012) 564-16-92

                                (012) 493-62-47





Mənbə: https://report.az/daxili-siyaset/dsx-heqiqi-herbi-xidmete-ve-ise-qebul-elan-edib09/

Comments are closed, but trackbacks and pingbacks are open.