Dumanlı hava nə vaxta qədər davam edəcək?

Dumanlı hava nə vaxta qədər davam edəcək?


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə edilən dumanlı hava ilə bağlı məlumat yayıb.

Axşam.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

İnversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir. Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olub. Bu günlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olub.

Yanvarın 2-də gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək. Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140638

Comments are closed, but trackbacks and pingbacks are open.