Dünya aviaşirkətləri Milad ərəfəsində 2 mindən çox reysi ləğv edib

Dünya aviaşirkətləri Milad ərəfəsində 2 mindən çox reysi ləğv edib



Dunya aviasirkətləri Milad ərəfəsində 2 mindən cox reysi ləgv edib

Dünya aviaşirkətləri COVID-19 pandemiyası ilə bağlı Milad bayramı ərəfəsində 2 028 reysi ləğv edib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat verib.

Qeyd olunub ki, ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan “United Airlines” koronavirusun “omikron” ştamının yayılması və COVID-19-a yoluxma hallarının artması nəticəsində yaranan kadr çatışmazlığı səbəbindən təxminən 120 reysi ləğv edib.

Eyni səbəbdən ABŞ-ın “Delta” aviaşirkəti də dekabrın 23-də 90-a yaxın reysin ləğv edildiyini açıqlayıb.





Mənbə: https://report.az/diger-olkeler/dunya-aviasirketleri-milad-bayrami-erefesinde-2-minden-cox-reysi-legv-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.