Dünya bazarında gübrənin bahalaşmasının Azərbaycana mümkün təsiri açıqlanıb

Dünya bazarında gübrənin bahalaşmasının Azərbaycana mümkün təsiri açıqlanıb



Dunya bazarinda gubrənin bahalasmasinin Azərbaycana mumkun təsiri aciqlanib

“Son vaxtlar dünya bazarında mineral gübrənin bahalaşması təbii olaraq Azərbaycana idxal edilən gübrənin qiymətinə təsir göstərib”.

Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.

Bununla belə, onun sözlərinə görə, hələ ki, daxili bazarda qiymətlərin artım tempi xarici bazardakına adekvat deyil: “Bizdə qiymətlər nisbətən aşağı templə artır: Bu da bir neçə səbəblə bağlıdır. İlk növbədə nazirliyə məxsus “Aqroservis” ASC-nin ötən ildən qalan ehtiyatları var və onlar köhnə qiymətlərlə satılır. Bundan başqa, Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunda istehsal olunan gübrələr kəskin qiymət artımının qarşısını almağa imkan verir. Cüzi artımlar müşahidə edilsə də, bu elə də çox deyil. Növbəti mövsümdə dünya bazarında gübrənin bahalaşması davam etsə, buna uyğun olaraq daxili bazarda da qiymətlər ciddi şəkildə arta bilər. Lakin ucuzlaşma ehtimalı da var. Dünya bazarında bəzi gübrələrin qiyməti sabit qalsa da, elə gübrələr var ki, onların qiymətləri 2-3 dəfə artıb. Əsasən, xammal bazası təbi qaza bağlı olan gübrələrin qiymətlərində kəskin sıçrayışlar var”.





Mənbə: https://report.az/ask/dunya-bazarinda-gubrenin-bahalasmasinin-azerbaycana-mumkun-tesiri-aciqlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.