Dünya bazarında iki günlük bahalaşmadan sonra neft ucuzlaşıb

OPEC ölkələrində neft hasilatının artdığı bildirildi



OPEC olkələrində neft hasilatinin artdigi bildirildi

Dünya bazarında iki günlük bahalaşmadan sonra neftin qiyməti korreksiya çərçivəsində ucuzlaşıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08.40-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,17% ucuzlaşaraq 1 bareli 85,67 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti 0,01% düşərək 1 bareli 83,41 ABŞ dolları təşkil edib.

ABŞ Energetika Nazirliyi ölkədə neftin ehtiyatlarının 0,4 milyon barel azalaraq 426,5 milyon barelə düşməsi haqqında məlumat açıqladıqdan sonra “qara qızıl”ın qiyməti xeyli bahalaşıb. Analitiklər ehtiyatların 1,9 milyon barel artacağını güman edirdilər.





Mənbə: https://report.az/energetika/dunya-bazarinda-iki-gunluk-bahalasmadan-sonra-neft-ucuzlasib/

Comments are closed, but trackbacks and pingbacks are open.