Dünya bu itdən danışır – Fotolar

Dünya bu itdən danışır - Fotolar


İstanbulda bir çox ictimai nəqliyyat vasitəsində görüntülənən “Boji” adlı it dünya mediasının diqqətini çəkib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onunla bağlı məqalələr dərc edilib.

Yazılarda “Bir küçə iti olan Boji Avropanın ən böyük şəhərində gəmidə, avtobuslarda, metroda daim görüntülənir. Boji ictimai nəqliyyat vasitələrində 30 kilometrə qədər olan yollarda səyahətin keyfini çıxarır” deyə, qeyd edilib.

İstanbulda tramvaylarda, metrolarda, avtobuslarda boji adlandırılan yerdə yatmağı sevən itə buna görə də Boji adı verilib. İstanbul Bələdiyyə nümayəndələri tərəfindən itin qulağına taxılan aparatla onun yeri müəyyən edilir. Heyvanın gündə ən az 29 metrostansiyada olduğu, hətta dəniz səyahətinə çıxdığı, həftəsonları isə adalara getdiyi bildirilib.

Bojinin ən çox istifadə etdiyi ictimai nəqliyyat Kabataş-Bağcılar istiqamətində travmay xətti olub. Anadolu ərazisində isə Kadıköy-Tavşantepe metrostansiyasını istifadə edir.

Boji ilə bağlı İndoneziya, Yunanıstan, Argentina, Meksika, Ruminiya, İsveç, İngiltərə, kanada mediası paylaşımlar edib.

 

Dunya bu itdən danisir Fotolar

1633686185 981 Dunya bu itdən danisir Fotolar

1633686185 91 Dunya bu itdən danisir Fotolar

1633686185 552 Dunya bu itdən danisir Fotolar

1633686185 976 Dunya bu itdən danisir Fotolar

1633686185 382 Dunya bu itdən danisir Fotolar

1633686185 521 Dunya bu itdən danisir Fotolar

1633686186 652 Dunya bu itdən danisir Fotolar



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137437

Comments are closed, but trackbacks and pingbacks are open.