Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb



Dunya cempionati Azərbaycanin daha bir cudocusu medal qazanib

Azərbaycan cüdoçusu Elcan Hacıyev İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.

“Report”un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Ayan Bayqazi ilə üz-üzə gəlib. 

Rəqibə qalib gələn Hacıyev bürünc medala sahib çıxıb. 

Qeyd edək ki, daha əvvəl Turan Bayramov gümüş medala yiyələnib. 





Mənbə: https://report.az/ferdi/dunya-cempionati-azerbaycanin-daha-bir-cudocusu-medal-qazanib/

Comments are closed, but trackbacks and pingbacks are open.