Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb



Dunya cempionati Azərbaycanin qadin guləsciləri medalsiz qalib

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal qazanmaq şansını itirib.

“Report”un məlumatına görə, buna 59 kq-da mübarizə aparan idmançının 1/8 final mərhələsində uduzduğu belaruslu Kristina Sazıkinanın həlledici qarşılaşmaya vəsiqə qazana bilməməsi səbəb olub.

Beləliklə, Kolesnik təsəlliverici görüşlərə qatıla bilməyəcək.

14:15

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi mübarizəyə başlayıb.

“Report”un məlumatına görə, 59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnikin ilk görüşü 1/8 final mərhələsinə təsadüf edib.

O, belaruslu Kristina Sazıkinaya 4:8 hesabı ilə uduzub. Sazıkina finaladək irəliləyə bilməsə, Kolesnik bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılma şansını da itirəcək.

Qeyd edək ki, Azərbaycanın daha 2 təmsilçisi – Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənib.





Mənbə: https://report.az/ferdi/dunya-cempionati-azerbaycanin-son-qadin-gulescisi-de-meglub-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.