Dünya çempionatı: Azərbaycanın son 3 güləşçisi mübarizəyə başlayır

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə qoşulacaq.

“Report”un məlumatına görə, yarışın 8-ci günündə Taleh Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov qüvvəsini sınayacaq.

63 kq-da çıxış edən Məmmədovun ilk görüşü 1/8 finala təsadüf edəcək. Onun rəqibi türkiyəli Mehmet Çeker olacaq.

67 kq çəki dərəcəsindəki Cəfərov mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Gənclər arasında dünya çempionu və I MDB Oyunlarının qalibi ABŞ təmsilçisi Peyton Omonya ilə üz-üzə gələcək.

87 kq-da yarışan Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadze ilə münasibətlərinə aydınlıq gətirəcək.

63 kq

1/8 final: Taleh Məmmədov – Mehmet Çeker (Türkiyə)

67 kq

Təsnifat: Həsrət Cəfərov – Peyton Omanya (ABŞ)

87 kq

1/8 final: İslam Abbasov – Laşa Qobadze (Gürcüstan)

Bu gün həmçinin digər yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal qarşılaşmasına çıxacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

60 kq

Bürünc medal görüşü: Murad Məmmədov – Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi

Qeyd edək ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib.





Mənbə: https://report.az/ferdi/dunya-cempionati-azerbaycanin-son-3-gulescisi-mubarizeye-baslayir/

Comments are closed, but trackbacks and pingbacks are open.