Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin ilk rəqibləri bəlli olub



Dunya cempionati Azərbaycanin yunan Roma guləscilərinin ilk rəqibləri bəlli olub

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Azərbaycan yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşib.

“Report” xəbər verir ki, püşk nəticəsində ən aşağı və ən ağır çəkili pəhləvanların 1/8 final mərhələsindən mübarizəyə başlayacaqları məlum olub.

Dünya çempionatı

Yunan-Roma güləşi

55 kq
1/8 final: Eldəniz Əzizli – Koriun Sahradian (Ukrayna)

60 kq
Təsnifat: Murad Məmmədov – Kriştian Keçkemeti (Macarıstan)

63 kq
1/8 final: Taleh Məmmədov – Mehmet Çeker (Türkiyə)

67 kq
1/16 final: Həsrət Cəfərov – Peyton Omaniya (ABŞ)

72 kq
1/16 final: Ülvü Qənizadə – İdris İbayev (Almaniya)

77 kq
1/16 final: Sənan Süleymanov – Kayratbek Tuqolbayev (Qırğızıstan)

82 kq
1/16 final: Rafiq Hüseynov – Ranet Kaljola (Estoniya)

87 kq
1/8 final: İslam Abbasov – Laşa Qobadze (Gürcüstan)

97 kq
1/16 final: Murad Lokyayev – Pontus Lund (İsveç)

130 kq
1/8 final: Beka Kandelaki – Stepan David (Çexiya)

Qeyd edək ki, oktyabrın 7-də 55 kq, 72 kq, 77 kq və 82 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. Oktyabrın 8-də 60 kq, 97 kq və 130 kq, oktyabrın 7-də isə 63 kq, 67 kq və 87 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.





Mənbə: https://report.az/ferdi/dunya-cempionati-azerbaycanin-yunan-roma-gulescilerinin-ilk-reqibleri-belli-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.