Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi bürünc medal qazanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi bürünc medal qazanıb



Dunya cempionati Azərbaycanin yunan Roma guləscisi burunc medal qazanib

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Norveçin paytaxtı Oslodakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Ekrem Öztürklə qarşılaşıb.

Rəqibinə 5:2 hesabı ilə qalib gələn Əzizli dünya 3-sü olub.

Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.





Mənbə: https://report.az/ferdi/dunya-cempionati-azerbaycanin-yunan-roma-gulescisi-burunc-medal-qazanib/

Comments are closed, but trackbacks and pingbacks are open.