Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi yarımfinala yüksəlib



Dunya cempionati Azərbaycanin yunan Roma guləscisi yarimfinala yuksəlib

Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

“Report”un məlumatına görə, 63 kq-da çıxış edən Taleh Məmmədov ilk görüşünda türkiyəli Mehmet Çekeri, ardınca isə Cənubi Koreyadan olan Hanjae Çunqu məğlub edərək yarımnfinala vəsiqə qazanıb. O, finala gedən yolda ukraynalı Lenur Temirovla qarşılaşacaq.

67 kq çəki dərəcəsindəki Həsrət Cəfərov isə mübarizəyə təsnifat mərhələsindən başlayıb. Gənclər arasında dünya çempionu və I MDB Oyunlarının qalibi ardıcıl olaraq ABŞ təmsilçisi Peyton Omonya və hindistanlı Qaurov Duhona qalib gəlsə də, 1/4 finalda iranlı Məhəmmədrza Gerayiyə məğlub olub. Cəfərov təsəlliverici görüşlərdə iştirak edə bilmək üçün rəqibinin finala adlamasını gözləməlidir.

87 kq-da yarışan İslam Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadzeyə uduzub. Rəqibi finala çıxsa, Abbasov təsəlliverici görüşlərə qatılacaq.





Mənbə: https://report.az/ferdi/dunya-cempionati-azerbaycanin-yunan-roma-gulescisi-yarimfinala-yukselib/

Comments are closed, but trackbacks and pingbacks are open.