Dünya çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə başlayır



Dunya cempionati Daha 2 cudocumuz mubarizəyə baslayir

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

“Report”un məlumatına görə, onların hər ikisi kişilərin yarışında çıxış edəcək.

81 kq çəki dərəcəsində Zelim Tkçayev 1/64 final mərhələsində Terense Kouamba (Qabon) ilə, eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Elliot Konnoli (Yeni Zelandiya) ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 10-cu yerdədir.





Mənbə: https://report.az/ferdi/dunya-cempionati-daha-2-cudocumuz-mubarizeye-baslayir/

Comments are closed, but trackbacks and pingbacks are open.