Dünya çempionatı: Tokio olimpiadasının medalçısı mübarizəyə başlayır

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi Norveçin paytaxtı Oslodakı dünya çempionatında mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionu Eldəniz Əzizli 1/8 final mərhələsində Koriun Sahradianla (Ukrayna) üz-üzə gələcək.

Ülvü Qənizadə 1/16 finalda İdris İbayevla (Almaniya), Sənan Süleymanov eyni raundda Kayratbek Tuqolbayevlə (Qırğızıstan), Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov (82 kq) isə Ranet Kaljola (Estoniya) ilə güləşəcək.

55 kq
1/8 final: Eldəniz Əzizli – Koriun Sahradian (Ukrayna)

72 kq
1/16 final: Ülvü Qənizadə – İdris İbayev (Almaniya)

77 kq
1/16 final: Sənan Süleymanov – Kayratbek Tuqolbayev (Qırğızıstan)

82 kq
1/16 final: Rafiq Hüseynov – Ranet Kaljola (Estoniya)

Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.





Mənbə: https://report.az/ferdi/dunya-cempionati-tokio-olimpiadasinin-medalcisi-mubarizeye-baslayir/

Comments are closed, but trackbacks and pingbacks are open.