Dünya çempionatında iştirak edəcək Azərbaycan gimnastlarının adları açıqlanıb

Dünya çempionatında iştirak edəcək Azərbaycan gimnastlarının adları açıqlanıb



Dunya cempionatinda istirak edəcək Azərbaycan gimnastlarinin adlari aciqlanib

Oktyabrın 18-də Yaponiyanın Kitakyuşu şəhərində start götürəcək idman gimnastikası üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

“Report”un məlumatına görə, yığma 7 gün davam edəcək yarışda 3 idmançı ilə təmsil olunacaq.

Ölkəni kişilərin mübarizəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov, qadınlarda Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edəcək.

Tokio-2020-də çıxış etmiş qadın idman gimnast Marina Nekrasovanın isə mundialda iştirakı nəzərdə tutulmayıb.





Mənbə: https://report.az/ferdi/dunya-cempionatinda-istirak-edecek-azerbaycan-gimnastlarinin-adlari-aciqlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.