Dünya çempionu qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib

Dünya çempionu qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib



Dunya cempionu qələbəsini Azərbaycan və Turkiyə bayraqlari ilə qeyd edib

Yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında qızıl medal qazandıqdan sonra qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib.

“Report”un məlumatına görə, 82 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı iki ölkənin bayrağını götürərək, xalça üzərində dövrə vurub. Türkiyə yığmasının məşqçiləri ona təqdirəlayiq hərəkəti qarşılığında təşəkkür ediblər.

Qeyd edək ki, Rafiq Hüseynov Hüseynov finalda türkiyəli Burhan Akbudakı məğlub edib. Bu, onun ilk dünya çempionluğudur.





Mənbə: https://report.az/ferdi/rafiq-huseynov-qelebesini-azerbaycan-ve-turkiye-bayraqlari-ile-qeyd-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.