Dünyada koronavirusa yoluxanların sayı 226 milyonu ötüb

Gürcüstanda son sutkada koronavirusdan 73 nəfər ölüb



Gurcustanda son sutkada koronavirusdan 73 nəfər olub

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı artmaqda davam edir.

“Report” pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, dünyada COVID-19-a 226 003 396 yoluxma aşkarlanıb.

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 651 424 nəfərə çatıb. Virusa yoluxan 202 648 053 pasiyentin isə həyatını xilas etmək olub.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Böyük Britaniya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.





Mənbə: https://report.az/sehiyye-xeberler/dunyada-koronavirusa-yoluxanlarin-sayi-226-milyonu-otub/

Comments are closed, but trackbacks and pingbacks are open.