Dünyanın ən böyük neft şirkətlərinin gəlirləri təxminən 50 faiz artıb

Dolların zəifləməsi neftin qiymətini artırdı



Dollarin zəifləməsi neftin qiymətini artirdi

2021-ci ilin yanvar-iyun aylarında dünyanın ən böyük 10 neft şirkətinin gəlirləri 825 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45,8% çoxdur.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Bunlar “bp”, “Chevron”, “Eni”, “Equinor”, “ExxonMobil”, “Lukoil”, “Rosneft”, “Royal Dutch Shell”, “Saudi Aramco” və “TotalEnergies” şirkətləridir.

Hesabat dövründə ən çox gəliri Səudiyyə Ərəbistanının Milli Neft Şirkəti “Saudi Aramco” əldə edib – 66,8%. Daha sonra Chevron (54,7%), Equinor (54,2%), Lukoil (53,8%) və Shell (29,4%) şirkətləri qərarlaşıb. Halbuki keçən ilin ilk yarısında yalnız Saudi Aramco şirkəti vəsait əldə etmişdi.





Mənbə: https://report.az/energetika/dunyanin-en-boyuk-neft-sirketlerinin-gelirleri-texminen-50-faiz-artib/

Comments are closed, but trackbacks and pingbacks are open.