Dünyanın ən zəngin insanı odur

Dünyanın ən zəngin insanı odur


“Forbes” jurnalı dünyanın ən zəngin insanlarının siyahısını dərc edib.

Axşam.az xəbər verir ki, bu dəfə də reytinqin ən yüksək pilləsində “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu, milyarder İlon Mask yer alıb. Maskın sərvəti “Tesla” səhmlərində davam edən yüksəlişdən sonra 203,4 milyard dollara çatıb.

“Amazon”un qurucusu Ceff Bezos 197,7 milyard dollarla ikinci, “Louis Vuitton Moët Hennessy”nin prezidenti Bernar Arno isə 175,5 milyard dollarla 3-cü yerdə qərarlaşıb.

Top beşlikdə “Microsoft”un qurucusu Bill Qeyts və “Facebook”un yaradıcısı Mark Zukerberq də yer alıb.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137050

Comments are closed, but trackbacks and pingbacks are open.