DYP yol hərəkəti qaydalarının təbliği ilə bağlı VİDEOçarx hazırladı – Yenicag.Az

“Piyadaları islatsanız, cərimələnəcəksiniz” – Yenicag.Az


Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi yol hərəkəti qaydalarının təbliği ilə bağlı “Bilmirsiz öyrədək” adlı videoçarx hazırlayıb.

Bunu Yenicag.az-a İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, layihənin məqsədi uşaqların dili ilə yol hərəkəti qaydalarının təbliği, yol nəqliyyat hadisələrinin, eləcə də uşaq travmatiziminin qarşısının alınması, yeni nəsildə və ictimaiyyətdə qanunla tənzimlənən qaydalara əməl etmək mədəniyyətinin formalaşdırılmasıdır.

“Bir daha ictimaiyyətdən bu cür məsələlərə dəstək verməyi xahiş edirik”, – o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl DYP yol-nəqliyyat hadisələri ilə bağlı blogerlərə müraciət etdmişdi.

Belə ki, aparılan nəzarət-profilaktik, eləcə də hərəkətin təhlükəsizliyinin təbliğinə yönəlmiş tədbirlərin daha səmərəli və təsiredici olması məqsədi ilə bütün kütləvi informasiya vasitələrinə, ictimai nüfuzlu şəxslərə, müxtəlif sosial şəbəkə platformasında aktiv olan vətəndaşlarımıza, blogerlərə, xüsusi ilə piyada təhlükəsizliyi ilə bağlı təbliğat işlərində DYP-yə dəstək olmalarını, daha fərqli və təsiredici metodlarla cəmiyyətin hər bir üzvünün diqqətinin bu məsələlərə çəkməklə dəstək olmalarını xahiş edib.

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/dyp-yol-hereketi-qaydalarinin-tebligi-ile-bagli-videocarx-hazirladi/

Comments are closed, but trackbacks and pingbacks are open.