Efiopiya Hərbi Hava Qüvvələri Tiqray əyalətinə aviazərbələr endirib

Efiopiya Hərbi Hava Qüvvələri Tiqray əyalətinə aviazərbələr endirib



Efiopiya Hərbi Hava Quvvələri Tiqray əyalətinə aviazərbələr endirib

Efiopiyanın federal qüvvələri Tigray əyalətindəki hədəflərə ikinci hava zərbəsi endirib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Belə ki, Efiopiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Tiqrayın Mekele şəhərindən 80 km qərbdə yerləşən Agiba kəndindəki hədəfləri vurub.

Hücumun hədəfi hərbi təlim müəssisəsi və silah anbarı olub. Zərərçəkənlər və maddi ziyan haqqında məlumat hələ verilmir.

Bundan əvvəl günün birinci yarısı Mekele şəhəri hava zərbələrinə məruz qalıb. Zərbələr nəticəsində qadın və uşaqlar da daxil olmaqla, 9 nəfərin yaralandığını bildirilir.

Qeyd edək ki, oktyabrın 10-da Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tiqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.

Hərbi mənbələrə görə, Efiopiya silahlı qüvvələrinin hücumunun ilkin mərhələsinin məqsədi strateji cəhətdən əhəmiyyətli Lalibela və Voldia şəhərləri üzərində nəzarəti bərpa etməkdir. İkinci mərhələ isə Tiqray əyalətinin inzibati sərhəd xəttinin, eləcə də Sekot və Kobo şəhərlərinin azad edilməsidir.





Mənbə: https://report.az/diger-olkeler/efiopiya-herbi-hava-quvveleri-tiqray-eyaletine-aviazerbeler-endirib/

Comments are closed, but trackbacks and pingbacks are open.