EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb



EIA gələn il ucun Azərbaycanda neft hasilati uzrə proqnozunu artirib

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 780 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – August 2021” hesabatına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 20 min barel və ya 2,63 % çoxdur.

2022-ci ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 790 min barel olacağı gözlənilir. Bu, daha öncə iyul ayında verilən proqnozdan 30 min barel və ya 3,95 % azdır. Bu proqnoz isə 2021-ci ilin birinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 50 min barel və ya 6,75 % çoxdur.

2022-ci ilin ikinci rübündə isə Azərbaycanda gündəlik neft hasilatı 780 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in iyul hesabatında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,3 % çoxdur. Bu proqnoz isə 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 80 min barel və ya 11,4 % çoxdur.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 750 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə eynidir. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 50 min barel və ya 7,14 % çoxdur.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 780 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən iyul ayında açıqlanan proqnozla eynidir. Bu proqnoz isə 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 20 min barel və ya 2,63 % çoxdur.





Mənbə: https://report.az/energetika/eia-gelen-il-ucun-azerbaycanda-neft-hasilati-uzre-proqnozunu-artirib/

Comments are closed, but trackbacks and pingbacks are open.