EIA: “İran təbii qaz idxalçısına çevrilə bilər”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


İran 2025-ci ildən təbii qazın idxalçısına çevrilə bilər.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında bildirilir.

Sənəddə deyilir ki, islam respublikası daxilində “mavi yanacaq” həddindən çox istehlak olunur, üstəlik ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar qaz hasilatına xarici investisiyaların qoyuluşunu məhdudlaşdırır, odur ki, bir neçə ildən sonra İran qaz çatışmazlığı ilə üzləşə bilər.

Hazırda İran 34 trilyon kubmetr qaz ehtiyatı ilə dünyada 2-ci yerdədir. Bu sahədə liderlik isə 37 trilyon kubmetrlə Rusiyaya məxsusdur.

EIA-nın proqnozu İranın Energetika üzrə Ali Şurasının proqnozu ilə demək olar ki, üst-üstə düşür. Belə ki, qurumun hazırladığı hesabatda bildirilir ki, lazımi qədər (89 milyard ABŞ dolları) sərmayə qoyulmasa və israfçılığın qarşısı alınmasa, 2025-ci ildən ölkədə təbii qazın hasilatı ilə istehlakı arasında balans pozulacaq.





Mənbə: https://report.az/energetika/eia-iran-tebii-qaz-idxalcisina-cevrile-biler/

Comments are closed, but trackbacks and pingbacks are open.