Ekvadorda PUA-lar həbsxanaya hücum edib

Ekvadorda PUA-lar həbsxanaya hücum edib



Ekvadorda PUA lar həbsxanaya hucum edib

Ekvadorun qərbində yerləşən Quayas əyalətindəki həbsxana pilotsuz uçuş aparatların (PUA) hücumuna məruz qalıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, üç partlayış baş verib, nəticədə həbsxananın tavanı zədələnib. Bildirilib ki, hücum dəstə liderlərinə qarşı yönəlmiş ola bilər.

Azadlıqdan məhrum edilmiş şəxslər və yetkinlik yaşına çatmayan cinayətkarlarla iş xidməti hələlik itki və tələfat barədə məlumat verməyib.





Mənbə: https://report.az/diger-olkeler/ekvadorda-pua-lar-hebsxanaya-hucum-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.