“Elşənə səhnə mədəniyyəti öyrətmişəm” dedi, mübahisə düşdü

"Elşənə səhnə mədəniyyəti öyrətmişəm" dedi, mübahisə düşdü


Aparıcı Afaq Gəncəli aktyor Elşən Orucovun müəllimi olduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, o, bu haqda “Səhər mərkəzi” verilişində deyib.

“Dostu İlkin Həsəni əsgərliyə getmişdi. Məcburiyyət qarşısında onu maqazin verilişinə aparıcı etdik. Aparıcı kimi onu istəmirdilər, məcbur Elişqonu efirə çıxardıq. Səhnə mədəniyyəti yox idi, aparıcılıq dərsi keçməyib. Afaq öyrətdi” deyə, Afaq bildirib.

Elşən isə “Səhnə mədəniyyəti yoxdur” elə bil çox oldu… Dörd il universitet oxumuşam, müəllimlərim baxır” deyərək, etiraz edib.

“Nankor olma. Müəllimin olmamışam?” deyərək, aparıcı ona sual ünvanlayıb.

Elşən isə “Səhnə mədəniyyəti bir az… Müəllimlərim baxır. Səhnə danışığını mənə müəllim Azad Şükürov öyrədib. Mənə maqazin verilişində qalmaqal öyrətmisiz. “Nankor şagird” olar. Amma səhnə mədəniyyəti yox, xahiş edirəm” deyə, aktyor sərt reaksiya verib.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=139282

Comments are closed, but trackbacks and pingbacks are open.