Elxan Məmmədov Uels yığmasına uğurlar arzuladı

Elxan Məmmədov Uels yığmasına uğurlar arzuladı



Elxan Məmmədov Uels yigmasina ugurlar arzuladi

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels Futbol Assosiasiyasının prezidenti Kiran O Konnorla görüşüb.

“Report”un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, görüş Bakı Olimpiya Stadionunda gerçəkləşib.

E.Məmmədov AVRO-2020-də iştirak etmək üçün Bakıya gələn Uels milli komandasını və nümayəndə heyətini salamlayıb və uğurlar arzulayıb.

Konnor səmimi görüşə və xoş arzulara görə minnətdarlığını bildirib, təşkilati işlərdən razılığını ifadə edib.





Mənbə: https://report.az/futbol-xeberleri/elxan-memmedov-uels-yigmasina-ugurlar-arzuladi/

Comments are closed, but trackbacks and pingbacks are open.