Emin Əmrullayev: “Təəssüf ki, bir çox hallarda məktəblərdə inzibatçılıq, təsərrüfatçılıq pedaqoji fəaliyyəti üstələyir”

Emin Əmrullayev: “Təəssüf ki, bir çox hallarda məktəblərdə inzibatçılıq, təsərrüfatçılıq pedaqoji fəaliyyəti üstələyir”



Emin Əmrullayev Təəssuf ki bir cox hallarda məktəblərdə inzibatciliq təsərrufatciliq

“Məktəb rəhbərliyindən çox şey asılıdır. Səriştəli kadrların tapılıb məktəblərə rəhbər təyin edilməsi ən prioritet məsələlərdən biridir”.

“Report” xəbər verir ki, bunları təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, son illər yüzlərlə məktəb direktoru şəffaf şəkildə müsabiqə və müsahibələrdən keçərək təyinat alıblar: “Mənim anlayışımda məktəb rəhbərliyi ilk növbədə pedaqoji lider olmalıdır. Yəni şagirdlərin öyrənməsini təmin etməlidir. Məktəb direktorunun gün sonunda özünə verdiyi sual bu olmalıdır: – bu gün nə qədər öyrənmə baş verdi”.

O qeyd edib ki, hər zaman şəffaflıq və səmərəlilik arasında seçim edilməlidir: “Hazırda keçirilən test imtahanları və ya bu formatda direktorların işə qəbulu müəyyən mənada şəffaflığı təmin edib. Lakin həqiqətən də lazım olan pedaqoji dəyərlərin, səriştələrin bu üsulla təyin etmək mümkün olmur. Dünyada qəbul olunan metodologiya bundan ibarətdir ki, biz daha çox müsahibələr əsasında insanları işə qəbul edək. O zaman digər problemimiz yaranır: – şəffaflıq, inam, etibar və s. Bu səbəbdən yəqin ki, balanslaşdırılmış bir yol tapmalıyıq”.

E.Əmrullayev vurğulayıb ki, məktəb inspektorları ilə bağlı ilkin nəticələrin maraqlı məqamları var: “Təəssüf ki, bir çox hallarda Azərbaycan məktəbində inzibatçılıq, təsərrüfatçılıq, yaxud hansısa texniki logistik işlər pedaqoji fəaliyyəti üstələyir. Bunu qınamaq üçün yox, sadəcə həqiqəti təsvir etmək üçün deyirəm. Məktəb rəhbərinin fokus olunmalı olduğu məsələ öyrənmədir. Ona görə də şagirdlərin nə qədər öyrənməsi daha çox müzakirə olunmalıdır”.





Mənbə: https://report.az/elm-ve-tehsil-xeberleri/emin-emrullayev-teessuf-ki-bir-cox-hallarda-mekteblerde-inzibatciliq-teserrufatciliq-pedaqoji-fealiyyeti-usteleyir/

Comments are closed, but trackbacks and pingbacks are open.