Emrelinin komandası mərhələ adlayıb, “Neftçi”nin potensial rəqibi dəqiqləşib

Emrelinin komandası mərhələ adlayıb, "Neftçi"nin potensial rəqibi dəqiqləşib



Cempionlar Liqasinin yeni formati nə vaxt təsdiqlənəcək

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu Çempionlar Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanıb.

“Report”un məlumatına görə, Varşava təmsilçisi II raundun cavab oyununda Estoniyada “Flora”nın qonağı olub.

Qarşılaşma “Legiya”nın 1:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 71-ci dəqiqədə əvəzlənib. Polşa çempionu ilk oyunda minimal hesablı qələbə qazanmışdı – 2:1.

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Kiprdə “Omoniya” ilə qarşılaşıb. Zaqreb təmsilçisi rəqibini 1:0 hesabı ilə yenib. İlk görüşdə 2:0 hesabı ilə qalib gələn “Dinamo” III təsnifat mərhələsində “Legiya”ya rəqib olub.

Günün digər qarşılaşmasında isə HİK Finlandiyada İsveçin “Malmö” komandası ilə heç-heçə edib – 2:2. “Malmö” evdəki matçda rəqibini 2:1 hesabı ilə üstələdiyi üçün mərhələ adlayıb. HİK isə Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) cütünün uduzan tərəfi ilə görüşəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/emrelinin-komandasi-merhele-adladi-neftci-nin-potensial-reqibi-deqiqlesdi/

Comments are closed, but trackbacks and pingbacks are open.