İdman

EOC Azad Rəhimovun vəfatı ilə əlaqadar başsağlığı verdi


Avropa Olimpiya Komitəsi (EOC) Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

“Report” xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilmiş başsağlığı mətnində 57 yaşında dünyasını dəyişən Rəhimovun Bakı-2015 I Avropa Oyunlarının əsas fiquru olduğu bildirilib.

EOC nazirin ailəsinə və Azərbaycan Milli Olimpiya Komitəsinə başsağlığı verib.

Bununla yanaşı, Yunanıstan Olimpiya Komitəsi (HOC) də başsağlığı verib. HOC prezidenti Spiros Kapralos A.Rəhimovun vəfatından böyük üzüntü keçirdiyini bildirib.

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da dünyasını dəyişib. O, ötən gün II Fəxri Xiyabanda dəfn olunub.




Mənbə: https://report.az/ferdi/eoc-azad-rehimovun-vefati-ile-elaqadar-bassagligi-verdi/

Related Articles

Back to top button