Erməni ombudsman: “Hakimlərimiz məhkəmə sisteminə zərbə vururlar”

Erməni ombudsman: “Hakimlərimiz məhkəmə sisteminə zərbə vururlar”



Erməni ombudsman Hakimlərimiz məhkəmə sisteminə zərbə vururlar

Ermənistanın insan hüquqları üzrə müvəkkili Arman Tatoyan İsveçin Milli Məhkəmələr İdarəsinin nümayəndə heyətini qəbul edib.

“Report” bu barədə Ermənistanın İnsan hüquqları üzrə müvəkkili aparatının mətbuat xidmətinə istinadən bildirir.

Görüşün gedişatında Ermənistanda məhkəmələrin İsveçin məhkəmə sistemi əsasında reallaşdırılacaq imkanlarının inkişafına yönəldilmiş proqramın detalları müzakirə edilib.

Tatoyan Ermənistanın məhkəmə sistemindəki problemlərə toxunub. O, vurğulayıb ki, Ermənistanda ayrı-ayrı hakimlər öz davranışları ilə məhkəmə sisteminə zərbə vururlar. Buna baxmayaraq, problemlərin həllinə qanundan kənara çıxmayan və müstəqil hakimləri həvəsləndirərək hüquqi yolla nail olmaq lazımdır.

Müvəkkil həmçinin məhkəmələrə işlərin baxılması prosedurunun uzadılmasına toxunub. Onun sözlərinə görə, şikayətlərin öyrənilməsi göstərir ki, məhkəmələrdə işlərin baxılması illərlə davam edir.





Mənbə: https://report.az/region-xeberleri/ermeni-ombudsman-hakimler-mehkeme-sistemine-zerbe-vururlar/

Comments are closed, but trackbacks and pingbacks are open.