Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub



Ermənistan silahli quvvələri Kəlbəcər istiqamətində movqelərimizi novbəti dəfə atəsə tutub

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.





Mənbə: https://report.az/herbi-xeberler/ermenistan-silahli-quvveleri-kelbecer-istiqametinde-movqelerimizi-novbeti-defe-atese-tutub/

Comments are closed, but trackbacks and pingbacks are open.