Ermənistanda koronavirusa yoluxanların sayı 250 minə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 250 minə çatır



Ermənistanda koronavirusa yoluxanlarin sayi 250 minə catir

Ermənistanda daha 657 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 249 803-ə çatıb. Son sutkada koronavirusdan 16 nəfər ölüb. Bununla da koronavirusdan vəfat edənlərin sayı 5034-ə yüksəlib.

Koronavirusa yoluxan 233 521 nəfər sağalıb. Hazırda 10 068 pasiyent müalicə olunur.





Mənbə: https://report.az/region-xeberleri/ermenistanda-koronavirusa-yoluxanlarin-sayi-250-mine-catir/

Comments are closed, but trackbacks and pingbacks are open.