Ermənistanda müəllim Paşinyanın qətlinə, ailəsinin yandırılmasına çağırış edib  

Ermənistanda müəllim Paşinyanın qətlinə, ailəsinin yandırılmasına çağırış edib  



Ermənistanda muəllim Pasinyanin qətlinə ailəsinin yandirilmasina cagiris edib

Ermənistanda orta məktəb müəllimi baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunur.

“Report” xəbər verir ki, bu barədə məlumat “Datalex.am” məhkəmə informasiya sistemində dərc olunub.

Cinayət işinin materiallarına görə, təqsirləndirilən şəxs İrəvanın 129 nömrəli məktəbinin tarix müəllimi Akop Qriqoryandır. Onun baş nazirin siyasəti ilə razılaşmadığı və başqa fərqli siyasi baxışlarının olduğu qeyd edilir.

Məlumata görə, Akop Qriqoryan 7-ci sinifin şagirdlərinə dərs keçərkən Nikol Paşinyanın öldürülməsinə və ailə üzvlərinin meydanda yandırılmasına çağırışlar edib. A.Qriqoryana qarşı Ermənistanın Cinayət Məcəlləsinin 262.2 maddəsi (zorakılığa ictimai çağırış və zorakılığa ictimai bəraət və ya təbliğat maddələri üzrə) üzrə cinayət işi açılıb.

Cinayət işi üzrə məhkəmə noyabrın 24-də keçiriləcək.





Mənbə: https://report.az/region-xeberleri/ermenistanda-muellim-pasinyanin-qetline-ailesinin-yandirilmasina-cagiris-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.