Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub



Ermənistanda polis rəisinin muavini avtomobillə vurulub

Ermənistanın paytaxtı Yerevanda polis rəisinin müavini, polkovnik Vaqe Enokyan avtomobillə vurulub.

Bu barədə “Report” Ermənistan KİV-ə istinadən xəbər verir.

Hadisə sentyabrın 17-də axşam saatlarında baş verib. Sürücünün kimliyi, avtomobilin markası və nömrəsi dəqiqləşdirilməyib.

Sürücü zərərçəkəni köməksiz qoyaraq hadisə yerindən uzaqlaşıb.

Hazırda polis polkovniki xəstəxanaya yerləşdirilib.





Mənbə: https://report.az/region-xeberleri/ermenistanda-polis-reisinin-muavini-avtomobille-vurulub/

Comments are closed, but trackbacks and pingbacks are open.