Ermənistanda yol qəzası olub, 1 hərbçi ölüb, 2 nəfər yaralanıb

Ermənistanda yol qəzası olub, 1 hərbçi ölüb, 2 nəfər yaralanıb



Ermənistanda yol qəzasi olub 1 hərbci olub 2 nəfər yaralanib

Ermənistanın Zəngəzur vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 hərbçi ölüb, 2 nəfər yaralanıb.

“Report” “Shamshayan”a istinadən xəbər verir ki, qəza İrəvan-Meğri avtomobil yolunun 222-ci km-liyində baş verib.

Məlumata görə, 30 yaşlı Sarkis Z.-nın idarə etdiyi “Opel Zafira” markalı avtomobil qarşı tərəfin yoluna çıxıb. Nəticədə maşın bir neçə dəfə aşıb. Yaralılar hospitala yerləşdirilib.

Hərbçi Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qulluq edirmiş.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/region-xeberleri/ermenistanda-yol-qezasi-olub-1-herbci-olub-2-nefer-yaralanib/

Comments are closed, but trackbacks and pingbacks are open.