Ermənistanın Demokrat Partiyasının rəhbərləri saxlanıldı

Ermənistanın Demokrat Partiyasının rəhbərləri saxlanıldı



Ermənistanin Demokrat Partiyasinin rəhbərləri

Ermənistanın Demokrat Partiyasının rəhbərləri Araratda öz tərəfdarları ilə seçkiöncəsi təbliğat görüşü zamanı polis əməkdaşları tərəfindən saxlanılıb.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə partiyanın növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsinə namizədi Tiqran Arzankansyan bildirib.

O, özünün feysbukdakı səhifəsində qeyd edib ki, partiyanın digər rəsmiləri Artaşat polis bölməsində olublar, lakin polisdən hələ cavab ala bilməyiblər.

Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-ə təyin edilib.





Mənbə: https://report.az/region-xeberleri/ermenistanin-demokrat-partiyasinin-rehberleri-saxlanildi/

Comments are closed, but trackbacks and pingbacks are open.