Ermənistanın keçmiş hərbi kəşfiyyatçısı Baş Qərargahın rəis müavini təyin olunub

Ermənistanın keçmiş hərbi kəşfiyyatçısı Baş Qərargahın rəis müavini təyin olunub



Ermənistanin kecmis hərbi kəsfiyyatcisi Bas Qərargahin rəis muavini təyin olunub

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Kəşfiyyat İdarəsi rəisinin keçmiş müavini general mayor Arakel Martikyan Baş Qərargah rəisinin müavini təyin edilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan müvafiq sərəncam imzalayıb.

Bildirilib ki, o, 2021-ci il avqustun 9-da Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Kəşfiyyat İdarəsi rəisinin müavini vəzifəsindən azad edilmişdi.





Mənbə: https://report.az/region-xeberleri/ermenistanin-kecmis-herbi-kesfiyyatcisi-bas-qerargahin-reis-muavini-teyin-olunub/

Comments are closed, but trackbacks and pingbacks are open.