Ermənistanın müharibədə məhv edilmiş hərbçilərinin sayı artır  

Ermənistanın müharibədə məhv edilmiş hərbçilərinin sayı artır  



Ermənistanin muharibədə məhv edilmis hərbcilərinin sayi artir

Füzuli və Cəbrayıl rayonlarında aparılan axtarışlar zamanı Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha 4 hərbçisinin meyiti tapılıb.

Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, onlar itkin hərbçilər siyahısına daxil idi. Meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 567-yə çatıb. Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi ölkənin ikinci Qarabağ müharibəsində məhv edilmiş hərbçilərinin sayını gizlədir.





Mənbə: https://report.az/qarabag/ermenistanin-muharibede-mehv-edilmis-herbcilerinin-sayi-artir/

Comments are closed, but trackbacks and pingbacks are open.