Estetik əməliyyatdan sonra ulduzu sönən məşhurlar

Estetik əməliyyatdan sonra ulduzu sönən məşhurlar


Qırmızı xalçaya çıxdıqdan sonra manşetlərdə olan, rejissorların israrla layihələrində görmək istədiyi, pərəstişkarlarının onlara bənzəmək üçün çalışdığı ulduzların bu gün adi insanlardan seçilməməsinin səbəbi plastik cərrahiyyənin qurbanı olmalarıdır.

Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, görünüşlərində yenilik etmək istəyərkən aktrisalar tam əksinə, gələcək rollarından məhrum olub. Bu adlardan biri də Cennifer Qreydir. Aktrisanın indiki fotolarına baxanlar onun filmlərini və canlandırdığı obrazları xatırlamaqda çətinlik çəkə bilər.

“Dans” filmi ilə adını zirvələrə daşıyan aktrisa zamanla mətbuatda xüsusən burnu ilə bağlı iradların ardından estetik etdirib. Lakin uğursuz cərrahi müdaxilə onu növbəti layihələrdən məhrum edir.

Cennifer bu addımdan peşman olduğunu bu ifadələrlə dilə gətirib:

“Bir plastik cərrahın yanına ulduz olaraq getdim və oranı heç kim kimi tərk etdim”.

Plastik müdaxilənin digər bir qurbanı isə “Muhteşem yüz yıl” serialının Hürrem sultanı Məryəm Üzərlidir. Aktrisanın üfüqdə parlayan günəşi bir müddətdən sonra sönməyə başlayıb. Ana olduqdan sonra kökələn aktrisa rinoplastika, endoskopik alın gərmə əməliyyatı keçirib, üzünə dolğular və botoks etdirib. Bu da rejissorları tanınmaz dərəcədə dəyişən aktrisaya rol təklif etməkdən çəkindirib. Daha sonra rol ala bilmədiyinin fərqinə varan Məryəm dodağında və yanaqlarında olan dolğuları çıxarıb.

Aktrisa Meq Ryanın da 80-ci illərdə parlayan ulduzu estetik müdaxilədən sonra sönməyə başlayıb. O, 2010-cu ildə ərindən boşanıb və güzgüdə özünə baxan Meq üzündə getdikcə daha çox qırışların olduğunu düşünüb. Sənətçi karyerasına geri dönə bilmək üçün plastik əməliyyata getsə də, bu onun ən uğursuz addımı olub.

Əməliyyatdan sonra reabilitasiyadan keçib və 2016-cı ildə “Tony Awards”da görünüb. Ancaq onun siması bəyənilməyib. Mütəxəssislər Meqin uğursuz bir üzgərmə əməliyyatı keçirdiyini, yanaqlarına və dodaqlarına çoxlu dolğu vurulduğunu, botoksun səhv edildiyini və qəribə burun estetiyi olunduğunu söyləyib. Estetik müdaxilə aktrisa üçün ölümcül olub. Bundan sonra onun fəaliyyəti ümumiyyətlə dayanıb. Lakin aktrisa bu uğursuzluğu xarici görünüşündə deyil, uzun müddət çəkiliş meydançasından uzaq qalması ilə əlaqələndirib.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137352

Comments are closed, but trackbacks and pingbacks are open.