Evdən çıxan 6 COVID-19 xəstəsi saxlanıldı

Evdən çıxan 6 COVID-19 xəstəsi saxlanıldı


Respublika ərazisində polis əməkdaşları tərəfindən 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Axşam.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=139270

Comments are closed, but trackbacks and pingbacks are open.