“Evlilik deyəndə tüklərim biz-biz olur”

"Evlilik deyəndə tüklərim biz-biz olur"


4 ildir eşq yaşayan türkiyəli aktrisa Özgü Kaya ilə aktyor Sərdar Şanal Bebek səmtində görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa jurnalistlərin “Evlilik barədə düşünürsünüz” sualına belə cavab verib:

“Evlilik deyəndə tüklərim biz-biz olur. Hələ çox cavanıq, yolun başındayıq. Belə bir şey qətiyyən gündəmimizdə yoxdur. Hələ işləməliyik”.

Qeyd edək ki, cütlük “Kimse bilmez” serialında rol aldıqdan sonra eşq yaşamağa başlayıb.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137606

Comments are closed, but trackbacks and pingbacks are open.