“Eynəksiz yazmışam” – FOTO – Yenicag.Az

Səfir təyin edilən Fuad İsgəndərovdan BÖYÜK SƏHV – FOTO – Yenicag.Az


Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş Fuad İsgəndərov müzakirələrə səbəb olmu. sevinc tviti  haqqında açıqlama yayıb.

Yenicag.az-n xəbər verdiyi kimi, səfir rəsmi “Twitter” hesabında etdiyi iki cümləlik paylaşımda 7 səhv etmiş, prezident İlham Əliyevin soyadını yazmağı da unutmuşdu.

Səfir sözügedən paylaşımla bağlı yenə “Twitter” hesabından açıqlama verərək, “Hörmətli izləyicilərim. Dünənki tvitlərimdən birini axşam saatlarında eynəksiz yazdığıma görə səhvlərə yol vermişəm. Xahiş edirəm üzürlü hesab edəsiniz. Mətnin mahiyyətinə görə dəstək verənlərə təşəkkürümü bildirirəm”, – deyə qeyd edib.

Fuad İsgəndərov sözügedən tvitində bunları yazmışdı:

“Bu gün Zatı-aliləri Prezident İlham tərəfindın İsveçrə Konfederasiyasına Fövgaladı və Səlahiyyətli Səfir təyin edildim. Göstərilən etimada görə cənab Prezidentə səmimi minnatdarlığımı bildirir,gələcək fəaliyyətimdə milli maraglarımız naminə var güvvəmlə çalışacağıma söz verirəm”.

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/sefir-tvitine-bele-haqq-qazandirdi-eyneksiz-yazmisam-foto/

Comments are closed, but trackbacks and pingbacks are open.