Farah məhkəməlik oldu

Farah məhkəməlik oldu


Sonuncu dəfə “Masumlar apartmanı” serialında rol alan türkiyəli aktrisa Farah Zeynəb Abdullah məhkəməlik olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın sosial şəbəkə vasitəsi ilə Musa Orhan adlı şəxsi təhqir etməsi olub.

Qeyd edək ki, intihar edən İpək Er adlı qıza təcavüz etdiyi iddia olunan M.Orhanın sərbəst buraxılmasından sonra məşhur simalar təhqiramiz paylaşımlar etmişdi. Bu səbəbdən aktrisa Ezgi Mola da məhkəməlik olmuşdu.

Məhkəmə Ezginin 5 min 200 lirə cərimələnməsi ilə bağlı qərar qəbul etmişdi.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137373

Comments are closed, but trackbacks and pingbacks are open.