Fatih Terimə 5 oyunluq cəza verilib

Fatih Terimə 5 oyunluq cəza verilib



Fatih Terimə 5 oyunluq cəza verilib

Türkiyə Futbol Federasiyası (TFF) “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi sərt cəzalandırıb.

“Report” TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, buna 68 yaşlı mütəxəssisin evdə “Fənərbağça”ya 1:2 hesabı ilə uduzduqları Superliqanın XIII tur matçında baş hakim Halil Umut Meleri təhqir etməsi səbəb olub.

Həmin qarşılaşmada qırmızı vərəqə ilə texniki zonadan qovulan Terim 5 oyunluq diskvalifikasiya cəzası alıb. O, derbidəki qırmızı vərəqəyə görə ümumilikdə 6 qarşılaşmada komandasının başında ola bilməyəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/fatih-terime-5-oyunluq-ceza-verilib/

Comments are closed, but trackbacks and pingbacks are open.