Feysbukdakı nasazlıqlar şirkətə 100 milyon dollara başa gələ bilər

Feysbukdakı nasazlıqlar şirkətə 100 milyon dollara başa gələ bilər



Feysbukdaki nasazliqlar sirkətə 100 milyon dollara basa gələ bilər

Feysbukun bütün platformalarında oktyabrın 4-dən yaranan nasazlıqlar şirkətə təxminən 100 milyon ABŞ dollarına başa gələ bilər.

“Report” xəbər verir ki, bunu “American Fortune” nəşrinin analitikləri hesablayıblar.

Hesablamalar göstərir ki, bu ilin ikinci rübü üzrə feysbukun gəliri 29,08 milyard ABŞ dolları və ya gündə 319,6 milyon ABŞ dolları təşkil edir. Şirkətin müraciətlərinin təxminən 7,5 saat aşağı düşdüyünü nəzərə alsaq, itkl 99,75 milyon ABŞ dolları ola bilər.

Bununla yanaşı, feysbuk və instaqramda reklam verən təxminən 10 milyon şirkətin qanuni olaraq maddi ziyanı tələb edəcəyi istisna olunmur.





Mənbə: https://report.az/ikt/feysbukdaki-nasazliqlar-sirkete-100-milyon-dollara-basa-gele-biler/

Comments are closed, but trackbacks and pingbacks are open.