Feysbukun işində yenidən ciddi nasazlıqlar yaranıb

Feysbukun işində yenidən ciddi nasazlıqlar yaranıb



Feysbukun isində yenidən ciddi nasazliqlar yaranib

Dünyanın bir sıra ölkələrində yenidən feysbuk sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” saytı məlumat yayıb.

Nasazlıqlar barədə ABŞ-dan, Böyük Britaniyadan, Kanadadan, Almaniyadan, İtaliyadan və Rusiyadan olan feysbuk istifadəçiləri bildiriblər.

Şirkət nasazlıqların olduğunu təsdiqləyib. Feysbuk rəhbərliyinin yaydığı açıqlamada hazırda sosial şəbəkənin işindəki nasazlığın aradan qaldırılması istiqamətində işlərin aparıldığı bildirilib.

Qeyd edək ki, oktyabrın 5-də feysbuk (həmçinin vatsap, instaqram) xidmətlərinin indiyə qədərki işində ən ciddi nasazlıqlarından biri yaranıb. Sosial şəbəkələr və messencer 6 saatdan çox işləməyib.

Feysbukun rəhbəri Mark Sukerberq platformanın işindəkı nasazlığa görə üzr istəyib.





Mənbə: https://report.az/ikt/feysbukun-isinde-yeniden-ciddi-nasazliqlar-yaranib/

Comments are closed, but trackbacks and pingbacks are open.