FHN: “Subasmaya məruz qalan ərazilərdən yağış suları kənarlaşdırılıb”

FHN: "Subasmaya məruz qalan ərazilərdən yağış suları kənarlaşdırılıb"



FHN Subasmaya məruz qalan ərazilərdən yagis sulari kənarlasdirilib

Bu gün səhər saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bu barədə “Report”a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində paytaxtın Yasamal və Sabunçu rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.





Mənbə: https://report.az/hadise/fhn-subasmaya-meruz-qalan-erazilerden-yagis-sulari-kenarlasdirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.